Polşanın baş naziri: “Ukrayna indi bütün Avropanı qoruyur”backend

Polşanın baş naziri: “Ukrayna indi bütün Avropanı qoruyur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynalılar indi təkcə öz ölkələrinin müstəqilliyini deyil, həm də bütün Avropanın təhlükəsizliyini müdafiə edirlər”.

Editor.az “Evropeyskaya Pravda”a istinadən xəbər verir ki, bu sözləri Polşanın baş naziri Mateuş Moravetski deyib.

“Biz ukraynalılara kömək edirik ki, özlərini müdafiə edə bilsinlər. Və bu gün onlar nəinki özlərini, nəinki öz ölkələrinin müstəqilliyini müdafiə edirlər, onlar hətta bütün Avropanın təhlükəsizliyini qoruyurlar”, – Mateuş Moravetski bildirib.

Baş nazirin sözlərinə görə, hər gün 100-ə yaxın yük maşını Polşadan Ukraynaya müxtəlif növ yardımlarla, əsasən dərmanlar, geyimlər, gigiyena vasitələri, tez xarab olmayan məhsullar, yuxu kisələri, döşəklər, yanğınsöndürmə ləvazimatları, yanğınsöndürənlər ilə yola düşür.

Mateuş Moravetski qeyd edib ki, Polşa diplomatiyası Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcək: “Bu, Kremlin qəddar hərəkətlərinə qarşı bizim əsas silahımızdır”.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri 800 minə yaxın insan Polşaya gedib. Polşa daxili işlər nazirinin müavininin sözlərinə görə, dünən ölkəyə 106 min nəfər gəlib. Bu müharibə başlayandan sonra ən böyük rəqəmdir.

//Fərrux, Editor.az