Polşanın keçmiş daxili işlər naziri Prezident sarayında həbs olundubackend

Polşanın keçmiş daxili işlər naziri Prezident sarayında həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 9-da polis Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun müavini Maçey Vonsiki Varşavadakı prezident sarayında saxlayıb.

Editor.az bildirir ki, bu barədə Polşanın RMF24 radiostansiyası məlumat yayıb. Seymin deputatı olan hər iki siyasətçi Polşa prezidenti Anjey Dudanın dəvəti ilə prezident sarayına gəlib. Dudanın özü həbs olunarkən orada olmayıb. RMF24 qeyd edir ki, Kaminski və Vonsik təəccüblənsələr də, müqavimət göstərməyiblər. Saxlanma məhkəmənin yanvarın 9-da çıxardığı qərara əsasən həyata keçirilib.

Saxlanılan şəxslər istintaq təcridxanasına aparılıb. Daha sonra Varşava polisi siyasətçilərin istintaq təcridxanasına aparıldığını təsdiqləyib. Həbsdən sonra 300-ə yaxın insan Varşava küçələrinə çıxıb. Onlar prezident sarayının qarşısında etiraz aksiyası keçiriblər. Varşavada rayon polis idarəsi qarşısında da nümayiş keçirilib. Onların arasında “Hüquq və Ədalət” partiyasının həmtəsisçisi və rəhbəri Yaroslav Kaçinski də orada görünüb.

//Samir Qurbanov, Editor.az