“ABŞ prezidenti Co Baydenin keçmiş prezident Donald Trampa sui-qəsd cəhdindən sonra yenidən seçilmək şansı yox idi”.
Editor.az xəbər verir ki, bu barədə Polşanın keçmiş prezidenti Lex Valeza Polşanın “Qoniec” nəşrinə müsahibəsində bildirib. “Co Bayden doğru şeyi etdi. Belə görünürdü ki, Trampa uğursuz sui-qəsddən sonra onun artıq qalib gəlmək şansı qalmayıb. Buna görə də o, özünün və bütün komandasının şərəfini qoruyaraq düzgün iş gördü, geri çəkildi”, – o vurğulayıb.
Walesa əlavə edib ki, Baydenin prezidentlik yarışını tərk etmək qərarı hazırkı Amerika lideri üçün ən ağıllı qərarlardan biridir.
//Gülnarə Abasova, Editor.az

