Polşanın müdafiə naziri Władysław Kosiniak-Kamysz ölkəsində yaşayan hərbi xidmət yaşında olan Ukrayna vətəndaşlarını vətənə qayıtmağa çağırıb.
Nazir mətbuat konfransında bildirib ki, Polşada yaşayan hərbi xidmətə yararlı ukraynalılar ölkələrinin müdafiəsində iştirak etmək üçün Ukraynaya dönməlidirlər. Onun sözlərinə görə, hazırkı şəraitdə Ukraynanın hər bir hərbi xidmət yaşında olan vətəndaşına ehtiyacı var.
Bununla yanaşı, Kosiniak-Kamyş Polşanın bu şəxslərin məcburi şəkildə geri göndərilməsi ilə bağlı yeni qərar qəbul etmədiyini bildirib. O, bu məsələ ilə bağlı mövqeyini siyasi çağırış kimi ifadə edib.
//Samir Qurbanov, Editor.az

