Polşanın xarici işlər naziri Aleksandr Lukaşenkonun Belarusun müharibəyə hazırlaşması ilə bağlı bəyanatı haqqında: Qoy başlasınlar, görək kim qalib gələcəkbackend

Polşanın xarici işlər naziri Aleksandr Lukaşenkonun Belarusun müharibəyə hazırlaşması ilə bağlı bəyanatı haqqında: Qoy başlasınlar, görək kim qalib gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın xarici işlər naziri Radoslav Sikorski Belarus prezidenti Aleksandr Lukaşenkonun Belarusun müharibəyə hazırlaşması ilə bağlı bəyanatına cavab verib.

Editor.az bildirir ki, bu barədə “Mirror” məlumat yayıb: “Heç kimə inanmayın ki, biz döyüşmək istəyirik. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” – bunu mən eməmişəm. Amma çox düzgün deyilib”, – deyə Lukaşenko aprelin 2-də bildirib.

O əlavə edib ki, ölkədə “müvafiq bölmələr” hazırlanır, qoşunlara müxtəlif növ silah və texnika verilir. Həm də Lukaşenko bunu Polşa və Litva sərhədlərindən çox da uzaq olmayan Qrodnoya səfəri zamanı deyib. Eyni zamanda o, Belarusun “heç kəsi təhdid etmədiyini” bildirib.

Sikorski aprelin 3-də NATO-nun mənzil-qərargahında Alyans ölkələrinin xarici işlər nazirlərinin iclasının keçirildiyi Brüsselə gəlib. Tədbir başlamazdan əvvəl ondan Lukaşenkonun müharibəyə hazırlıqla bağlı bəyanatı barədə nə düşündüyünü soruşduqda, o, “Qoy başlasınlar, görək kim qalib gələcək” – deyə Sikorski cavab verib.

//Samir Qurbanov, Editor.az