Poltava şəhərinə dron hücumu: neft emalı zavodunun ərazisində yanğın baş veribbackend

Poltava şəhərinə dron hücumu: neft emalı zavodunun ərazisində yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Ukraynaya kütləvi dron hücumu zamanı Poltava vilayətinin Kremençuq şəhərindəki neft emalı zavodunun ərazisində zərbələr qeydə alınıb. Orada yanğın baş verib, yanğın xilasedicilər tərəfindən söndürülüb.

Editor.az Poltava vilayət hərbi administrasiyasının rəhbəri Filip Proninin sözlərinə istinadən bildirir ki, düşmən gecə saatlarında Poltava vilayətinə pilotsuz təyyarələrlə dəfələrlə hücum edib və hava hücumu dörd saatdan çox davam edib. “Vəziyyət nəzarətdədir. İlkin məlumata görə tələfat yoxdur. Dağıntı ilə bağlı məlumat dəqiqləşdirilir.

Müəssisə fəaliyyət göstərmir. Bütün müvafiq xidmətlər yerindədir”, – VHA rəhbəri qeyd edib. O, həmçinin aydınlıq gətirib ki, ukraynalı müdafiəçilər düşmənin bəzi pilotsuz təyyarələrini vura biliblər.

//Samir Qurbanov, Editor.az