Poltava və Dnepropetrovsk şəhərlərində partlayışlar baş veribbackend

Poltava və Dnepropetrovsk şəhərlərində partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Ukraynanın Poltava vilayətində partlayış baş verib.

Editor.az bildirir ki, bu barədə Ukraynanın “24-cü kanal”ı xəbər verir. Məlumata görə, ikimərtəbəli yataqxanada yanğın başlayıb, ətrafdakı daha 3 evə də ziyan dəyib.

Bundan başqa, Ukraynanın Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində də partlayış səsləri eşidilib. Gecə saatlarında ölkənin Vinnitsa, Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Xmelnitski və Çernovtsi vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

//Samir Qurbanov, Editor.az