Polyaklar Ukraynaya qoşun yeritməkdən danışıblarbackend

Polyaklar Ukraynaya qoşun yeritməkdən danışıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa vətəndaşlarının əksəriyyəti ölkənin quru qoşunlarının Ukrayna ərazisinə göndərilməsinin əleyhinədir.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, sorğunun nəticələrinə görə, polyakların 90,6 faizi ordunun Ukraynadakı münaqişədə birbaşa iştirakına qarşı çıxıb. Respondentlərin 72,9%-i hesab edir ki, hakimiyyət vətəndaşların Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüş əməliyyatlarında iştirakına imkan verməməlidir. Respondentlərin 45,9%-i də hesab edir ki, Varşava Ukraynaya ağır silahların verilməsini dayandırmalıdır.

Fevralın sonunda Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini təsdiqləyib. Onun sözlərinə görə, hazırda Kiyevə kömək etmək üçün “qırmızı xətlər, məhdudiyyətlər yoxdur”.

//Gülnarə Abasova, Editor.az