Pompeo: “ABŞ Ukrayna və Tayvanı silahlandırmaqda gecikir”backend

Pompeo: “ABŞ Ukrayna və Tayvanı silahlandırmaqda gecikir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Vaşinqtonda yerləşən Hudson İnstitutunda keçirilən paneldə iştirak edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, o, açıqlamasında ABŞ-ın Ukrayna və Tayvanı silahlandırmaqda gecikməsini tənqid edib.

Rusiyanın Ukraynada taktiki nüvə silahı istifadə etmə ehtimalından narahat olduğunu bildirən Pompeo, belə bir vəziyyətdə ABŞ-ın diqqətinin yayınacağını bildirib.

Keçmiş nazir bildirib ki, Co Bayden administrasiyası Ukraynaya az-az silah və texnika verməklə müharibə prosesini uzadıb və bu, kifayət qədər risklidir. Keçmiş prezident Donald Trampın dörd illik fəaliyyəti dövründə Rusiyanı Ukraynaya hücumdan çəkindirdiyini iddia edən Pompeo deyib:

“Ukraynalı mülki şəxslərin ölməsinin qarşısını almaq üçün texnikalar vermək imkanımız var. Ancaq bunu ləngidirik. Yeri gəlmişkən, prezident Trampın 24 saat ərzində bu işi dayandıracağını dediyini eşitdim. Ancaq həqiqət budur ki, biz çox yavaş hərəkət etdik. 2021-ci ilin sentyabrında işğal olacağını öyrəndiyimiz gün Ukraynanı silahlandırmalı idik. Bu gün Tayvanı silahlandırmağın əsl vaxtıdır. Lakin yenə də gecikirik”.

//Safura Bənnayeva, Editor az