Pompeo Çinin uyğurlara qarşı siyasətini “soyqırım” adlandırıbbackend

Pompeo Çinin uyğurlara qarşı siyasətini “soyqırım” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı addımlarını “soyqırım” və “insanlığa qarşı cinayətlər” adlandırıb.

Bu barədə açıqlamasında ABŞ dövlət katibi Mayk Pompeo deyib.

“Mövcud faktları diqqətlə araşdırdıqdan sonra nəticəyə gəldim ki, ən azından ÇXR 2017-ci ilin martından etibarən Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim” – Pompeo öz açıqlamasında bildirib.