Port-Arturdan sonra bir ilk: Rusiya Qara dəniz donanmasının komandiri Viktor Sokolov həlak olubbackend

Port-Arturdan sonra bir ilk: Rusiya Qara dəniz donanmasının komandiri Viktor Sokolov həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 22-də Ukrayna müdafiə qüvvələrinin uğurlu hücumu nəticəsində müvəqqəti işğal olunmuş Sevastopolda Rusiya Federasiyasının Qara dəniz donanmasının komandiri Viktor Sokolov həlak olub.

Editor.az bildirir ki, bu barədə “Defence Express” yazıb. “Belə bir hadisə sonuncu dəfə 1904-cü ildə Port-Arturun müdafizəsi zamanı baş verib. O zaman vitse-admiral Stepan Makarov həlak olmuşdu.

Hər iki dünya müharibəsi zamanı Rusiya donanmasının bir nəfər də olsun komandiri həlak olmayıb. Yalnız 1943-cü ildə Baltik Donanması eskadronunun komandiri Valentin Drozdun avtomobili Kronstadta gedən buz yolunda atəşə tutularkən qəza törətmişdi”, nəşr bildirir.

//Samir Qurbanov, Editor.az