Portuqaliyada iki təyyarə toqquşub, ispaniyalı pilot ölübbackend

Portuqaliyada iki təyyarə toqquşub, ispaniyalı pilot ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyada hərbi hava qüvvələri bazasında hava şousu zamanı iki təyyarə toqquşub, nəticədə ispaniyalı pilot ölüb.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb yazır. Aviaşou iyunun 2-də Lissabondan 180 km cənubda yerləşən Beja aviabazasında baş tutub. Hadisə qrupun ispan və portuqaliyalı pilotların iştirakı ilə akrobatika nümayişləri zamanı baş verib.

Qrupun qəza ilə nəticələnən manevrlərinin videosu internetdə yayımlanıb. Hərbi Hava Qüvvələrinin kapitanı Patrisiya Fernandes mediaya verdiyi şərhdə təyyarələrdən birinin pilotunun, İspaniya vətəndaşının həlak olduğunu, ikinci pilotun isə yaralandığını bildirib. Hadisədən sonra proqramdakı digər tədbirlər ləğv edilib.

//Samir Qurbanov, Editor.az