NASA-nın potensial təhlükə kimi gördüyü meteorun Yerə yaxınlaşdığı bildirilib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, NASA-nın məlumatına görə, sözügedən asteroid sabah planetimizə çox yaxınlaşacaq. Meteorun saatda 37400 kilometr sürətlə Yer kürəsinin bilavasitə ətrafına daxil olacağı düşünülür. NASA onu da əlavə edib ki, meteor planetin çox yaxınlığından keçəcək və toqquşma ehtimalı yüksəkdir. Məlumata görə, Yerdən 193 milyon kilometr məsafədə olan istənilən kosmik obyekt “Yerə yaxın obyekt” kateqoriyasındadır. Planetə 7,5 milyon kilometr və ya daha yaxın məsafədə olanlar isə “potensial təhlükə” sinfinə aiddir.
Qeyd edək ki, meteor sonuncu dəfə 2015-ci il martın 1-də Yer yaxınlığından keçib. Təxmini hesablamaya görə, o, hər 7 ildən bir yerə yaxınlaşır. Onun növbəti gəlişi 25 may 2029-cu ildə olacaq.
NASA astronomları bütün asteroidləri tədqiq edərək potensial təhlükələri axtarırlar. Məsələn, 24 noyabr 2021-ci ildə təhlükəli olmasa da, kritik ola biləcək asteroid daha əvvəl aşkar edilmiş və kosmik gəmi asteroidə göndərilmişdir.
//Nəzərbəy, Editor.az

