“Pozğunlar sözlərimdən qıcıqlana bilər, ancaq inciməsinlər fakt budur”- Onlar ən ağır cəzaya məhkum olmalıdırbackend

“Pozğunlar sözlərimdən qıcıqlana bilər, ancaq inciməsinlər fakt budur”– Onlar ən ağır cəzaya məhkum olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Son vaxtlar Azərbaycanda uşaqlara qarşı zorakılıqdan daha çox danışılır. Ancaq baxmayaraq ki, bir neçə il əvvəl bu cür cinayətlər elə də çox əks-səda doğurmurdu.

Tanınmış psixoterapevt Elmir Əkbər Editor.az-a açıqlamasında bildirib ki, cəmiyyətimizdə pedofillik, manyaklık, dələduzluq artıq baş alıb gedir:” Son vaxtlar baş verən hadisələr hər kəsi məyus etdi. Üstü açılmayan bəlkə də minlərlə belə hadisələr var. Ötən gün yeniyetmə bir qızı özündən 20 yaş böyük çoban qaçırdıb. Maraqlıdır, 35 yaşlı çoban 16 yaşlı yeniyetməni qaçırtdığı üçün sonda necə cəzalandırıldı?  Mütləq şəkildə belələrinə görə artıq cəzalar ağırlaşdırılmalıdır”.

Onun sözlərinə görə, manyakların, cinayətkarların nəinki özləri, valideynləri də cəzalandırılmalıdır:

” Belələrinin hər birinin ailə üzvlərinin övladlarının əməllərindən xəbəri var. Belə olduqda bu valideynlər də ağır şəkildə cəzalandırılmalıdır ki, digərlərinə dərs olsun. İnsan oğruları, təcavüzkarlar ən ağır cəzaya məruz qalmalıdır. Onlar ömürlük həbsə məhkum olmalı və cəmiyyətdən təcrid olunmalıdır. Pedafillər, uşaqlara şiddət göstərən cinayətkarlar, “psixoloqlar” amnistiyaya düşməməli, onlara güzəşt olunmamalıdır. Əks halda cəmiyyətimizi bu gedişlə böyük bədbəxtlik gözləyir”.

E. Əkbər qeyd edib ki, bəzən uşaqlar valideynin yox, ətrafın sözünü eşidir:

” Uşaqların cinsi istismara məruz qalmaması üçün orta məktəblərdə  maarifləndirmək məqsədilə cinsi inkişaf dərsləri olmalıdır. Bu onlara seksin detallarını izah etmək demək deyil. Onlar bilməlidir ki, kiminlə necə rəftar etmək olar. Bu mövzuda valideynlər də övladları ilə birlikdə psixoloji maarifləndirmə mövzusunda təlimlərə qoşulmalıdır. Yeniyetmələrin, uşaqların gözü açıq olmalıdır. Bu gün 13 yaşında təcavüzə məruz qalan qızcığazdan  imtina edən şəxs ana deyil, olmayıb da. Əxlaqsızlıq yolu ilə hamilə qalıb uşaqlarını atanlar, abort etmək istəyənlər, təcavüzə məruz qalmış övladlarından imtina edən “analar”ın heç biri qadın adına layiq deyil. Onlar yırtıcılardır. Men belə dedikdə bütün pozğunlar, əxlaqsızlar qıcıqlanır. Ancaq inciməsinlər, fakt budur. Xahiş edirəm, cəmiyyət olaraq əlbir olub bu mənəviyyatsızlarla mübarizə aparaq. Uşaq zorakılıqlarına, pedofilliyə, şiddətə birdəfəlik yox deyək. Bunlar həm hüquqi, həm də sosial ən ağır cəzaya məhkum olmalıdır.  Ancaq bu yolla bu bəlalardan xilas olub, övladlarımızın gələcəyini qoruya bilərik. Cəmiyyət olaraq  belə məsələlərdə laqeyd  olmamalıyıq. Çünki təcavüzə, şiddətə məruz qalan uşaqlar bizim hər birimizin övladıdır. Problemli uşaqlara dəstək olmaq lazımdır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.