“PREMİUM PARK” AĞACLARI QIRIB PARKİNQ YARADIR – FOTObackend

“PREMİUM PARK” AĞACLARI QIRIB PARKİNQ YARADIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonunun Rüstəm Rüstəmov küçəsindəki yaşıllıq zolağında 30-a yaxın zeytun ağacı kəsilib. Hadisə bir neçə gün bundan əvvəl ərazidə tikilməkdə olan “Premium Park” yaşayış kompleksinin qarşısında baş verib.

Tribunainfo.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, kəsilən ağaclar çoxillikdir. Sakinlərin sözlərinə görə, çoxillik ağacları kompleksin qarşısında parkinq yaratmaq üçün kəsiblər. Sıx yerləşən ağaclar bu işə mane olurdu, indi isə yaşıllıq seyrəlib və ağacların arasında maşın saxlamaq üçün şərait yaranıb.

Kəsilmiş bəzi ağacların yerinə məsuliyyətdən yayınmaq üçün yolka fidanları əkiblər.