Premyer Liqa klubu “Liverpul”la oyuna Akademiya futbolçuları ilə çıxacaqbackend

Premyer Liqa klubu “Liverpul”la oyuna Akademiya futbolçuları ilə çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Aston Vila” klubu ölkə kubokunun 1/32 final matçında “Liverpul”a qarşı gənc futbolçularla çıxacaq.

Buna səbəb Birminhem klubunda koronavirusa kütləvi yoluxmadır.

Ona görə də “Liverpul”la oyunda bu gün klubun 23 yaşadək (U-23) futbolçuları və Akademiya oyunçuları meydana çıxacaq. Həmçinin, baş məşqçi Din Smiti texniki zonada U-23-ün çalışdırıcısı Mark Delani əvəzləyəcək.

Xatırladaq ki, ötən mövsüm bu komandaların Liqa Kuboku matçında oxşar hadisə “Liverpul”un başına gəlmişdi. “Liverpul” klublararası dünya çempionatında yarışdığından, bu matça gəncləri buraxmış, nəticədə, “Aston Vila”ya 0:5 hesabı ilə darmadağın olmuşdu.

Qeyd edək ki, bu matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Həmçinin, bu gün eyni saatda digər iki Premyer Liqa klubunun da oyunu – “Vulverhempton” – “Kristal Palas” görüşü də keçiriləcək.