Prezident Anarın oğlunu Misirdən geri çağırırbackend

Prezident Anarın oğlunu Misirdən geri çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə 4 ölkədəki səfirimizin geri çağırılması prosesinin XİN-də geniş yerdəyişmələrlə davam edəcəyi barədə mediada məlumatlar yayılmaqdadır.

Editor.az xəbər verir ki, diplomatik missiyadakı dəyişikliklər fonunda Azərbaycanın Misirdəki səfiri, xalq yazıçısı Anarın oğlu Tural Rzayevin də geri çağırılacağı gəzlənilir.

Redaksiyamıza daxil olan məlumata görə, artıq onun yerinə təyin ediləcək diplomatımızın da adı məlumdur.

2016-cı il 27 yanvarından Misirdəki diplomatik missiyaya rəhbərlik edən T.Rzayevin hansı ölkəyə göndəriləcəyi barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla, ötən gün Azərbaycanın Tacikistan, Pakistan, Qazaxıstan və Belarusdakı səfirləri dəyişdirilib.