Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi təsdiqlənib.
Editor.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin gəlirləri 13 milyard 32 milyon 340 min 500 manat, xərcləri isə 13 milyard 16 milyon 21 min 600 manat məbləğində təsdiq edilib.

