Prezident: “Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi”backend

Prezident: “Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi biz deyə bilərik ki, bəzi korrupsiyaya uğramış şəxslər, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş nümayəndəsi cənab Okampo öz fikrini də bildirib. O, müəyyən maliyyə mənbəyindən yararlandı və bir erməni oliqarxı Ermənistanla bağlı olan məsələlərdə ona dəstək verib”.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.

Dövlətimizin başçısı bildirib: “Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi və ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib. O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Xüsusən də biz gördük ki, həmin bu münasibətlərin qarşılıqlı şəkildə yenidən başlanılmasına böyük bir ehtiyac var və biz bunu dəstəklədik”.