Prezident: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi”backend

Prezident: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Bu, böyük tarixi hadisə idi”.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, 1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alındığını vurğulayan dövlətimizin başçısı bildirib ki, ondan bir neçə ay sonra Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib:

“Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalıb”.