Prezident: “Azərbaycan xanımları cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar”backend

Prezident: “Azərbaycan xanımları cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikdə deyilir.

Dövlətimizin başçısı qadınların ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışdıqlarını, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etdiklərini diqqətə çatdırıb.

“Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar” , – deyə təbrikdə vurğulanıb.