Prezident: “Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk”backend

Prezident: “Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib.

Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.