Prezident: Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası varbackend

Prezident: Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var. Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 3 milyard dolları ötüb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

Dövlətimizin başçısı bildirib ki, dünya birliyi regionumuzda yaranmış yeni reallığı qəbul edib. Azərbaycan kimi, Ermənistanın da 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirəcəyinə ümid edirik.