“Cənab Prezidentin 31 dekabr tarixində xalqa müraciəti həm də hesabat xarakteri daşıyırdı”.
Bu sözləri Editor.az-a ölkə başçısı İlham Əliyevin 31 dekabr tarixində xalqa müraciəti ilə bağlı danışarkən politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, son üç il ərzində Qarabağın azad edilməsi prosesinin yekunu məhz 2023-cü ildə baş tutdu:
“Ali Baş Komandan 2023-cü ildə görülən əsas işlər barədə məlumat verdi. Belə ki, Laçın buraxılış məntəqəsinin qurulması, sentyabr ayında baş tutan antiterror tədbirləri isə 2023-cü ilin əsas diqqətçəkən məqamları olduğu bildirildi. Həmçinin 8 noyabr tarixində Xankəndində keçirilən Zəfər Paradı da bu qəbildəndir. Bütünlüklə ölkə başçısı Azərbaycan Ordusunun gördüyü işlər barədə xalqa hesabat verdi.
Azərbaycanın iqtisadi sahədə, həmçinin Böyük Qayıdış proqramı ilə bağlı gördüyü işlər də xüsusi diqqət çəkilən məsələlər sırasında yer alırdı. Bu istiqamətdə 2024-cü ildə görüləcək işlər barədə də məlumatlar verildi. Məlum oldu ki, artıq 5000-ə qədər məcburi köçkün öz yurd-yuvasına qayıdıb. Cənab Prezident bu il köç prosesinin daha sürətli templə davam edəcəyini bildirdi”.
//Səbinə Hüseynli, Editor.az

