Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi yeni dəmir yolunun tikintisinin başlaması və istismara verilməsi ilə ticarət dövriyyəsinin artırılması və yükdaşımaların ucuzlaşması üçün imkanlar yaranacaq.
Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata açıqlamasında deyib.

