Prezident Ərdoğanın Əlcəzair prezidenti Tebbun ilə görüşü başlayıbbackend

Prezident Ərdoğanın Əlcəzair prezidenti Tebbun ilə görüşü başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğanın Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə ikitərəfli görüşü başlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Ərdoğan həmkarı Tebbunun Əlcəzairin Huari Bumedien hava limanında təşkil etdiyi qarşılanma mərasimindən sonra Şəhidlər abidəsini ziyarət edib.

Səfərdən sonra Əlcəzair Prezident Sarayına gələn Ərdoğan ordakı rəsmi qarşılanma mərasimindən sonra Tebbun ilə ikitərəfli görüş keçirib.

Səfər çərçivəsində Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İkinci Toplantısı prezident Ərdoğan və Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun sədrliyi ilə keçiriləcək.

Müvafiq nazirlərin iştirakı ilə keçiriləcək Şura Toplantısında Türkiyə-Əlcəzair əlaqələrinin son dövrlərdə ciddi sürət qazanmış bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər, xüsusilə İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.

Şura Toplantısı zamanı Türkiyə-Əlcəzair əlaqələrinin müqavilə əsaslarına əhəmiyyətli töhfələr verəcək müxtəlif saziş və anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.

//Səbinə Hüseynli, Editor.az