Prezident Füzulidə inşa ediləcək aeroportdan danışdıbackend

Prezident Füzulidə inşa ediləcək aeroportdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər hər şey planlı şəkildə getsə, Füzulidə inşa olunan aeroportun bu il payızın əvvəlində istifadəyə verilməsi planlaşdırılır”.

Bu barədə Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, bu beynəlxalq aeroport olacaq və bütün növ təyyarələrin qəbulu üçün uyğun olacaq.

“Aeroport həm xaricdən gələn yüklərin qəbulu, həm də qonşu ölkədən gələn turistlərin rahat formada Şuşaya səfər edə bilməsi üçün istifadə olunacaq”, – deyə dövlət başçısı bildirib.

“Hər şeydən əvvəl hava limanının uçuş zolağı və hava naviqasiya sistemlərini istismara verəcəyik.

Bu, həm ərazilərin bərpasına, həm də vətəndaşların Şuşaya rahat gedişinə imkan verəcək. Hava limanı ilə eyni vaxtda Şuşaya iki yol çəkirik. Birini mən “Zəfər Yolu” adlandırmışam – məhz bu, Azərbaycan xüsusi təyinatlılarının meşə və vadilərdən Şuşa şəhərinə getdiyi yoldur.

Hava limanlarının inşası ilə bağlı planlarımız yalnız Füzuli ilə məhdudlaşmır, Laçın və Zəngilanda hava limanlarının inşası ilə bağlı da planlarımız var”, – deyə İ.Əliyev vurğulayıb.