Prezident İlham Əliyev: “Azərbaycan Praqa və Alma-Ata bəyanatlarına sadiqdir”backend

Prezident İlham Əliyev: “Azərbaycan Praqa və Alma-Ata bəyanatlarına sadiqdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Dövlətimizin başçısı, həmçinin aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasının, qeyri-inklüziv xarakter daşımasının və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını vurğulayıb.