Prezident İlham Əliyev bir sıra hərbi qulluqçuları orden və medallarla təltif etdibackend

Prezident İlham Əliyev bir sıra hərbi qulluqçuları orden və medallarla təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Editor.az  President.az-a istinadən xəbər verir ki, sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Əsgərov Vasif Asif oğlu – polkovnik-leytenant

Mirzəyev Ruslan Cəmil oğlu – polkovnik-leytenant

“Vətən uğrunda” medalı ilə:

İsmayılov Ramin Əfsələddin oğlu – polkovnik-leytenant

Behbudov Nofəl Arif oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə:

Abbasov Hafiz Sakit oğlu – polkovnik-leytenant

Ələkbərov Eldəniz Yaşar oğlu – polkovnik-leytenant

Abdullayev Tural Front oğlu – mayor

Eyvazlı Pərviz Barat oğlu – mayor

Mayılov Elməddin Nəcməddin oğlu – mayor

Musayev İlqar Sabir oğlu – mayor

Heydərov Fuad Abdulla oğlu – kapitan

Nəcəfov Fadiq İsa oğlu – kapitan.