Prezident İlham Əliyev: “Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır”backend

Prezident İlham Əliyev: “Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib.

Dövlət başçısı bildirib:

“Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”.

 

Loading...