Prezident İlham Əliyev: “Konqo Respublikası ilə siyasi əlaqələrimiz daha da möhkəmlənəcək”backend

Prezident İlham Əliyev: “Konqo Respublikası ilə siyasi əlaqələrimiz daha da möhkəmlənəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səfəriniz (Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun – red.) gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşdə söyləyib.

Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamikanın yaranacağına ümid etdiyini bildirən dövlətimizin başçısı deyib:

“Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq”.