Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.