Prezident İlham Əliyev: “Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir”backend

Prezident İlham Əliyev: “Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düz beş il bundan əvvəl bu ərazi (Horovlu kəndi) işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq”.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə deyib.

Bir neçə gündən sonra tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyimizi söyləyən dövlətimizin başçısı vurğulayıb:

“8 Noyabr – Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb”.