Prezident  İlham Əliyevin “France 24” kanalına müsahibəsi beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurdubackend

Prezident  İlham Əliyevin “France 24” kanalına müsahibəsi beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezident  İlham Əliyevin “France 24″ televiziya kanalına müsahibəsi beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurdu. Müxbir suallarında fransızsayağı mövqeyini ortaya qoysa da, dövlət başçısının konkret və dəqiq cavabları bir çox mətləblərə aydınlıq gətirdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, Ölkə başçısı öz müsahibəsində  Azərbaycanın Fransa ilə münasibətlərdə hər zaman əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çəkib:

“İki ölkə arasında müxtəlif sahələr üzrə qarşılıqlı  münasibətlər, Fransada həyata keçirilən kütləvi tədbirlər, Azərbaycanda yaşayan fransızlara qarşı göstərilən hörmət və ehtiram ümid verirdi ki,  iki dövlət arasında əlaqələr sağlam məcrada davam edəcək. İlk növbədə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Fransa Qarabağ münaqişəsinin həllində obyektiv mövqe tutmalı idi. Lakin cənab Prezidentin qeyd etdiyi kimi, Fransa proseslərin gedişində öz ermənipərəst mövqeyindən əl çəkmədi. İstər uzun illər Minsk Qrupu çərçivəsində, istərsə də 44 günlük müharibə zamanı Fransa prezidenti Emmanuel Makron, ölkənin siyasi dairələri ermənipərəst mövqeyindən dönmədi. Onlar nəinki təcavüzkar ölkəyə dəstək verdi,  hətta erməni faşistlərinin yanında olduqlarını açıq şəkildə bəyan etməklə, Azərbaycana təzyiqlər göstərməyə başladılar. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz müsahibəsində bu məsələni xüsusi olaraq diqqətə çatdırdı. O, bildirdi ki, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəsi kimi aparmadı. Müharibə dövründə bunun reallığının açıq şəkildə  şahidi olduq”.

Tahir Rzayev qeyd edib ki, 30 il işğal altında qalan torpaqlarımızın taleyi, eləcə müharibə dövründə dinc əhalinin qətlə yetirilməsi, döyüş meydanından xeyli uzaqda olan şəhərlərimizin top-raket atəşinə tutulması kimi vəhşiliklərə Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın  göz yumması onların ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyur:

“Halbuki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi obyektiv mövqe sərgiləməyə məcbur idi.  Erməni vəhşiliyinin qarşısını almaq üçün əsaslı addımlar atmalı, təcavüzkarın cilovlanması üçün  ciddi tədbirlər görməli idi. Ancaq tam əksinə, Fransa müharibə  və postmüharibə dövründə ermənipərəst siyasətini davam etdirdi. Fransanın bu günki mövqeyi Azərbaycanda ciddi narazılığa səbəb olub. 27 ildə Azərbaycan-Ermənistan arasında münaqişənin həllində heç bir səmərəli təşəbbüs irəli sürməyən Fransa yenidən münaqişənin nizamlanmasında vasitəçi ola bilməz.  Əgər Fransa Cənubi Qafqazda sabitliyin davamlılığını istəyirsə, öz rolunu, mövqeyini dəyişməli, beynəlxalq  hüquq normalarına istinad edərək ikili standartlardan əl çəkməlidir. Fransa ermənipərəst davranışlarına son qoymayacaqsa,  Azərbaycanla dostluğu davam etdirə bilməz. Fransa sülhsevər çağırışlarında səmimi deyil. Sülhsevərliyini yalnız obyektivliyi ilə sübut edə bilər”.

//Gülnarə Abasova, Editor.az