Prezident İlham Əliyevin Macarıstan səfəri- Millət vəkili diqqətçəkən MƏQAMLARA TOXUNDUbackend

Prezident İlham Əliyevin Macarıstan səfəri– Millət vəkili diqqətçəkən MƏQAMLARA TOXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin banisi olan dövlətimiz dünya diplomatiyasında rolunu və mövqeyini getdikcə daha da möhkəmləndirir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə, dünya arenasında etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Bu siyasi vəziyyət birdən-birə mövcud olmadı, bu günkü nüfuzlu güclü Azərbaycan modelinin arxasında gərgin əmək, incəliklə düşünülmüş diplomatik manevrlər durur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov Prezident İlham Əliyevin Macarıstan səfərini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir ki, indi Azərbaycan və onun siyasi rəhbəri dünyada sözünə etimad edilən etibarlı tərəfdaş kimi tanınır:

“Ali Baş Komandanın son 3 ildəki ardıcıl xarici səfərləri və imzaladığı mühüm sənədlər bu fikirlərimin təsdiqidir. Macarıstana səfər zamanı Baş naziri Viktor Orbanın da qeyd etdiyi kimi dövlətimizin strateji əhəmiyyəti artmaqdadır. Lakin biz Azərbaycana daim dost və tərəfdaş olan ölkələrlə də əlaqələrimizi qoruyuruq. Bu dövlətlərdən biri də qədim əlaqələrimiz olan Macarıstandır. Macarıstan üçün Azərbaycanın Xəzər dənizindəki və regiondakı rolu dövlətimiz üçün isə bu ölkənin Avropadakı mövqeyi tərəfdaşlığımıza güclü zəmin və şərait yaradır. Azərbaycan enerji istiqmətində dünya miqyasında öz rolunu oynayır və bu rol getdikcə daha da artır. Məhz uzun illər dövlətimizin xarici siyasət strategiyasının əsas məqsədi bu idi. Ölkəmizdə xarici sərmayəni cəlb etmək üçün əlverişli biznes mühiti yaradıldı və böyük enerji şirkətlərini Azərbaycana cəlb etməklə daha geniş əlaqələrə sahib olduq”.

M. Cəfərovun sözlərinə görə, bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri də Azərbaycanın imzaladığı tərəfdaşlıqlardır:

“Bu səfərdə enerji, kommunikasiya ilə yanaşı müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olundu. Təbii ki, daha çox diqqət yönəldilən məsələlərdən biri Avropanın enerji gələcəyidir. Mən deyərdim ki, ötən dövrdə iki ölkə arasında 50-dən çox əməkdaşlıq sənədi imzalanıb. İndi imzalanan sənəd isə bu əməkdaşlıqların daha da genişlənməsi baxımdan olduqca zəruridir. Həm Macarıstan, həm də Azərbaycan hazırda Avropa enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaqlar”.

//Gülnarə Abasova, Editor.az