BMT öz funksiyalarını lazımi şəkildə yerinə yetirməlidir-Millət vəkilibackend

BMT öz funksiyalarını lazımi şəkildə yerinə yetirməlidir-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşü zamanı bir sıra mühüm məsələlərə toxundu. Məlum məsələdir ki, 44 günlük müharibə dövründə BMT deklorativ bəyanatlar sərgiləməkdən başqa addım atmadı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin 30 illik fəaliyyətlərində Ermənistanın işğalçılıq siyasətinə göz yummaları, Ermənistanı dolayı yolla dəstəkləməkləri münaqişənin hərbi yolla həll olunmasına gətirib çıxartdı”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O, bildirib ki, Prezident İlham Əliyevin sözügedən görüş zamanı tutduğu iradlardan BMT nəticə çıxartmalıdır:

“30il ərzində Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT TŞ-nın qəbul etdiyi qətnamələrin icra edilməməsi onların öz verdikləri qərara münasibətlərinin göstəricisidir. Cənab Prezidentin dediyi kimi əgər vaxtında bu qətnamələrin icrası ilə bağlı beynəlxalq təşkilatlar əməli iş görsəydi, problemin həlli müharibə deyil, danışıqlar yolu ilə baş tutardı. Lakin BMT-nin bu məsələ ilə bağlı icra etməli olduğu məsələləri Azərbaycan özü həll etdi. BMT öz qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalı, icra mexanizmi haqqında düşünməlidir. Necə ola bilər ki, dünyanın bəzi yerlərində qəbul edilmiş qərarlar qısa vaxtda öz həllini tapır, lakin Azərbaycanla bağlı məsələlər həllini 30ildə tapmamışdı? Bundan sonrakı proseslərdə BMT öz funksiyalarını lazımi şəkildə yerinə yetirməlidir”.

//Gülnarə Abasova, Editor.az