Prezident: “İstərdik, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın”backend

Prezident: “İstərdik, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Bu sahədə müəyyən dezinformasiyalara rast gəlindiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.