Prezident Kəlbəcərdə tikinti işlərinə 80 milyon manat ayırdıbackend

Prezident Kəlbəcərdə tikinti işlərinə 80 milyon manat ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işləri üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.

President.az-ın xəbərinə görə, sərəncamla Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 (səksən) milyon manat vəsait ayrılır.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.