Prezident Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı: “Ermənistan hakimiyyəti bir daha yaxşı anlasın və birdəfəlik qəbul etsin ki…”backend

Prezident Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı: “Ermənistan hakimiyyəti bir daha yaxşı anlasın və birdəfəlik qəbul etsin ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı. Mən deyərdim ki, belə bir zamanda bu səfər Azərbaycan ordusunun Ali Baş Komandanının rəşadətinin ifadəsi oldu. Ermənistan hakimiyyəti bir daha yaxşı anlasın və birdəfəlik qəbul etsin ki, Azərbaycan ordusu və onun müzəffər Ali Baş Komandanı Azərbaycan torpaqlarının bir zərrəsini də heç kimə güzəştə getməyəcəkdir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O, bildirib ki, Ölkə başçısının da qeyd etdiyi kimi Laçın və Kəlbəcər müqavilə ilə geri qaytarılsa dq rayonların bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi:

“Laçının cənub, Kəlbəcərin şimal hissəsini Müzəffər Ordumuz tərəfindən işğalçılardan təmizlənmişdi. Azərbaycan dövləti bu gün Qarabağda quruculuq işlərini sürətli şəkildə həyata keçirir və artıq Laçın da dövlətimizdə həyata keçirilən quruculuq işlərindən nəsiblənir. Məlum olduğu kimi Rusiyanın iştirakı ilə razılaşdırılmış yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişi cəmi bir il 8 ay çəkdi. Artıq alternativ yol hazır idi. Lakin Ermənistan hakimiyyəti razılaşmaya əməl etməkdən boyun qaçıraraq məsələnin həllini uzatmağa çalışırdı. Bütün maneə və çətinliklərə baxmayaraq avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz şəhərimizi qaytardıq. Dövlət başçısı səfər çərçivəsində Laçın-Kəlbəcər yolunun inşası ilə tanış olub. Bu yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan ən vacib əhəmiyyətə malik yol infrastrukturu layihələrindəndir. Həmçinin, Laçında “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimi baş tutub. Hazırda bu rayonda yenidənqurma işlərinin ilkin mərhələsində əvvəlcə Laçın şəhəri, Zabux və Sus kəndi qurulacaq. Məhz Laçına ilk qayıdış da bu ərazilərdə reallaşacaqdır”.

M. Cəfərov vurğulayıb ki, bu gün Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını dalğalanır: “Biz o bayrağı nəinki Laçında, bütün Azərbaycan torpaqlarında əbədi dalğalandıracağıq. Bunun üçün dəmir iradə, uzaqgörən siyasətə malik rəhbərimiz və güclü vətən eşqi ilə qəlbi döyünən ordumuz var”.

//Gülnarə Abasova, Editor.az