“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” təsdiqlənib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”ni də təsdiq edib.
Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qeyd edək ki, hər üç sənəd 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanıb.