Prezident Rusiyaya SƏFƏR EDƏCƏK: “Bu məsələlər müzakirə ediləcək” -AÇIQLAMAbackend

Prezident Rusiyaya SƏFƏR EDƏCƏK: “Bu məsələlər müzakirə ediləcək” –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin Rusiyaya gözlənilən səfərində V. Putinlə görüşdə Qarabağda sülhməramlıların fəaliyyəti və silahlı erməni birləşmələrinin çıxarılması müzakirə predmenti olması istisna edilmir. Çünki etnik ermənilərin separatçı fəaliyyəti açıq müstəviyə keçib,  Azərbaycanın hərbi mövqeləri atəşə tutulur və separatçılar Azərbaycan əleyhinə açıqlamalar verir. Buna da Rusiya tərəfi şərait yaradır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə yeni Laçın dəhlizi yolunun çəkilməsi və Azərbaycan postunun da bu yolda olması gündəliyə çıxarılmalıdır:

“Moskvanın mövqeyindən asılı olmayaraq buna gedilməlidir. Rusiya ilə ciddi danışılmasa Kreml Qarabağda Azərbaycana problemlər yaradacaq. Artıq bu problemlər ortaya çıxır. Ona görə də prezident İlham Əliyev V. Putinlə bu məsələləri müzakirə edəcək. Azərbaycanın qələbəsinə kölgə salmağa Rusiyanın ixtiyarı yoxdur”.

//Gülnarə Abasova, Editor.az