Prezident Salome Zurabişvili ölkəni dağıtmağa çalışır – Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilibackend

Prezident Salome Zurabişvili ölkəni dağıtmağa çalışır – Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin “Gürcü arzusu” partiyasından olan spikeri Şalva Papuaşvili hakim partiyanın xeyrinə seçki saxtakarlığı ittihamlarını rədd edib.

O, həmçinin bəyan edib ki, prezident Salome Zurabişvili etiraz aksiyalarının təşkilində iştirak edir və bu, onun fikrincə, ölkənin dağılmasına gətirib çıxarır. “İnsanları çaşdırmaq, onların emosiyaları ilə oynamaq üçün prezident sarayından dezinformasiya yayılanda, bu, təbii ki, eşidilən deyil və aydındır ki,ölkənin dağılması deyilən bu ssenaridə xanım Salome Zurabişvilinin birbaşa əli var” – Şalva Papuaşvili deyib. Siyasətçi həmçinin parlament seçkiləri zamanı exit-poll keçirən “Edison Research”i nəticələri saxtalaşdırmaqda ittiham edib. Onun sözlərinə görə, “Gürcü arzusu”nun səsvermə nəticələrinin hesablamaları ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatı ilə üst-üstə düşdüyündən bu məlumatlar yalan adlandırıla bilər.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” 54% səs toplayıb. “Dəyişiklik üçün Koalisiya” – 10,806%, “Vahid Milli Hərəkat” – 10,09%, “Güclü Gürcüstan” və “Gürcüstan üçün Qaxariya” – müvafiq olaraq 8,75% və 7,75% səsə malikdir.

//Samir Qurbanov, Editor.az