“Prezident seçkiləri hər iki tərəf üçün həlledici məqamlardan biri olacaq”-ŞƏRHbackend

“Prezident seçkiləri hər iki tərəf üçün həlledici məqamlardan biri olacaq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsinə 2024-cü ildə obyektiv və subyektiv səbəblərdən bir çox hadisələr təsir edəcək”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən analitik jurnalist Kazım Kazımov deyib.

Onun sözlərinə görə, Rusiya və Ukraynada keçiriləcək prezident seçkiləri hər iki tərəf üçün həlledici məqamlardan biri olacaq: “Rusiyada Putinin qalib gəlmək ehtimalı çox yüksək olduğundan seçki öncəsi və sonrasında Rusiyanın Ukrayna torpaqlarına daha şiddətli hücum edəcəyini deyə bilərik. Çünki Putinə bu dövrlərdə Ukrayna cəbhəsində qazanılmış hər hansı bir qələbə lazımdır.

Ukraynada isə Zelenskinin hakimiyyətdən gedib-getməyəcəyi bəlli deyil. Əgər Zelenskinin yerinə Rusiyaya qarşı daha mülayim münasibətlər qura biləcək lider gələrsə, 2024-cü ildə iki ölkə arasında atəşkəs və danışıqlar prosesini görə bilərik. Zelenski hakimiyyətdə qalarsa, bu zaman müharibə biraz daha uzana bilər.

2024-cü il ABŞ hərbi büdcəsindən Ukraynaya ediləcək hərbi yardım paketi təsdiq olunmayıb. Buna görə də Amerikanın yardımları müəyyən dərəcədə gecikə bilər. Yardımların gecikməsi isə Ukrayna ordusunun təchizatında mənfi hallara səbəb ola bilər”.

//Səbinə Hüseynli, Editor.az