Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın rəqibi məlum oldubackend

Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın rəqibi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə müxalifəti may ayında keçiriləcək seçkilərdə Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunu Türkiyə prezidentliyinə namizəd göstərməyə qərar verib.

Editor.az bildirir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti xəbər yayıb. Məlumata görə, “Millət ittifaqı” (altı müxalifət partiyasının koalisiyası) bu gün saat 15:00-da “Səadət” partiyasının qərargahında öz namizədini seçəcək. Qəzetin yazdığına görə, bu məsələ bağlanıb, nəhayət, namizədlə bağlı qərar verilib.

Qeyd olunur ki, namizədin adı “Səadət” və CHP partiyalarının qərargahı qarşısında veriləcək iki açıqlamadan sonra məlum olacaq. Qeyd edək ki, bir müddət əvvəl “İYİ” Partiyasının sədri Meral Akşener “6-lı masa”nı tərk edib. Bu addımını o, “Alyans”ın xalqın maraqlarını düşünmədiyinə görə atdığını bəyan edib. Beş partiyanın Kılıçdaroğlunun namizədliyini dəstəkləməsindən sonra müxalifət daxilində mübahisələr yaranıb. Eyni zamanda Akneşer CHP liderinin İstanbul və Ankara bələdiyyə sədrlərinin namizədliyini qəbul edəcəyi təqdirdə bloka qayıda biləcəyini də deyib.

  //Samir Qurbanov, Editor.az