Təəssüf ki, biz minaların təmizlənməsi prosesində hər hansı bir beynəlxalq təşkilatdan dəstək görməmişik, biz hər şeyi öz ehtiyatlarımız hesabına edirik.
Editor.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

