Prezident: Təəssüflər olsun ki, bu gün beynəlxalq hüququn aliliyinə inam azalıbbackend

Prezident: Təəssüflər olsun ki, bu gün beynəlxalq hüququn aliliyinə inam azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalmışdır. Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələridir.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktubunda yer alıb.

“Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu müstəsna əhəmiyyət daşıyır”, – deyə məktubda vurğulanır.