Prezident: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilibbackend

Prezident: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oxçuçay təbii fəlakət zonasıdır. Orada götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi bəlkə də normanı 10 dəfə, 20 dəfə üstələyir.

Editor.az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik.