Prezident Yaşar Əliyevə yeni vəzifə verdibackend

Prezident Yaşar Əliyevə yeni vəzifə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Yaşar Teymur oğlu Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.