Prezidentdən Azərbaycan Sənaye Korporasiyasının fəaliyyəti ilə əlaqədar FƏRMANbackend

Prezidentdən Azərbaycan Sənaye Korporasiyasının fəaliyyəti ilə əlaqədar FƏRMAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edilib.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.

İlk dəyişikliyə əsasən, əgər “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınacaq problemli aktivlərin əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə veriləcək əmlakın “ASK” ASC-nin mülkiyyətinə verilməsini təmin edilirdisə, yeni qərara əsasən, 7.5-ci bənddə ikinci halda “mülkiyyətinə” sözləri “və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının, habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə” sözləri ilə əvəz edilir.

Müvafiq olaraq, 11.1-ci bənddə “tələblərinə” sözü “7.5-ci bəndinə” sözləri ilə, “mülkiyyətinə (balansına)” sözləri “, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilir.

Həmçinin, 11.2-ci bənddə “mülkiyyətinə (balansına)” sözləri “, müvafiq dövlət orqanlarının, habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Loading...