Prezidentdən QHT-lərlə bağlı FƏRMANbackend

Prezidentdən QHT-lərlə bağlı FƏRMAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanına dəyişiklik edilib.

Bununla bağlı Prezident yanvarın 27-də Fərman imzalayıb.

Fərmana əsasən, QHT-lər qrant müqavilələri, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi barədə Ədliyyə Nazirliyinə məlumat verəcəklər.

Həmçinin işlərin görülməsi haqqında müqavilələri qeydə alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Fərmanla sənədə 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilib. Əlavələrə əsasən, ianəni verən şəxslər barədə məlumatlar da QHT-lər tərəfindən təqdim olunan məlumatlara daxil olacaq. Bu məlumatlar Ədliyyə Nazirliyi tərəfindən qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil ediləcək.

Loading...